AZ

Osetiyada güclü partlayış: 1 ÖLÜ

Ajans.az xəbər verir ki, hadisə Vladiqafqazda ticarət mərkəzində baş verib.

Şimali Osetiyanın rəhbəri Sergey Menyailo hadisə yerində deyib ki, Vladiqafqazda “Alania Mall” ticarət mərkəzində baş verən partlayışın səbəbinin pilotsuz uçuş aparatı olması versiyaları təsdiqini tapmayıb.

“Rayon rəhbərlərinin də vurğuladığı kimi, partlayışın səbəbinin qaz olmadığı aydındır. Bundan əlavə, partlayışın qapalı şəraitdə baş verdiyi müəyyən edilib”, - deyə o, izah edib.

Onun sözlərinə görə, hazırda ən vacib olan partlayışın səbəbini müəyyən etməkdir. O, aydınlaşdırıb ki, dronun hansısa versiyası var, bu versiya hələlik təsdiqini tapmayıb. Bundan sonra partlayıcı mütəxəssislər öz sözünü deyəcək.

Xatırladaq ki, çərşənbə günü, dekabrın 25-i səhər saatlarında ticarət mərkəzinin binasında partlayış baş verib. Zərbə dalğası mağazaların vitrinlərini yıxıb və binanın üçüncü mərtəbəsində yanğın başlayıb. Fövqəladə hadisə nəticəsində bir qadın dünyasını dəyişib. O zaman hadisənin ilkin səbəbi məişət qazının sızması adlandırılırdı.

Seçilən
9
Ajans.az

1Mənbələr