AZ

UNEC-də keçirilən “Yaşıl Dünyanın Qarabağ Modeli” müsabiqəsinin nəticələri açıqlanıb - FOTOLAR

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi ilə UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən və «Baku Steel Company» QSC-nin dəstəyi ilə keçiriən “Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb.

“AzPolitika” xəbər verir ki, müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Qarabağın iqtisadiyyat quruculuğunda ekoloji problemlərin və yaşıl dünya konsepsiyasının mahiyyətinin öyrənilməsi, regionun təbii resurslarından qənaətlə istifadə edilməsi, yaşıl enerji infrastrukturunun yaradılması və qlobal ekoloji problemlərin həlli yolları üzrə tədqiqatların aparılmasının təşviq edilməsindən ibarət olmuşdur.

Müsabiqədə baxılan elmi istiqamətlər bu il böyük uğurla Azərbaycanda reallaşdırılan və qlobal iqlim dəyişkilikləri ilə bağlı problemlərə həsr olunan COP29 kontekstində müstəsna əhəmiyyət kəsb etmişdir. Müsabiqə iştirakçılarının təqdim etdikləri məqalələrdə alternativ enerji resurslarının formalaşdırılması, yaşıl iqtisadiyyat quruculuğunun tərkib elementlərinin müəyyənləşdirilməsi, Qarabağın yaşıl iqtisadiyyat və yaşıl enerji sahəvi strukturunun formalaşdırılması, xüsusilə günəş enerjisindən səmərəli istifadə edilməsi, su mənbələrinin ehtiyatlarının qiymətləndirilməsi, regionun ekoloji problemlərinin həll olunması problemləri və həlli yolları daha çox aktuallıq təşkil etmişdir.

Ümumrespublika elmi məqalə müsabiqəsinin keçirilməsi ilə əlaqədar mətbuatda müvafiq elanlar verilmiş, materiallar dərc olunmuş və ali təhsil müəssisələrinə məlumat məktubları göndərilmişdir. Müsabiqə haqqında məlumatlar UNEC saytında yerləşdirilmiş, sosial media platformalarında təbliğat və təşviqat işləri həyata keçirilmişdir. Müsabiqənin Təşkilat Komitəsinin ünvanına ölkənin müxtəlif elm və ali təhsil müəssisələrindən, tədqiqat institutlarından və mərkəzlərindən, müstəqil tədqiqatçılardan 90 məqalə daxil olmuşdur. Məqalələrin qiymətləndirilməsi zamanı əsas meyarlara məqalənin adının məzmuna uyğunluğu; aktuallığı; elmi məzmunu; praktikliyi və əsaslandırma dərinliyi müəyyənləşdirilmişdir.

Müsabiqədə iştirak edən müəlliflərin coğrafi dairəsi ölkəmizin əksər universitetlərini və elmi-tədqiqat müəssisələrini, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Biznes Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutu, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, Azərbaycan Tibb Universiteti, İqtisadiyyat Nazirliyinin İqtisad Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Dövlət Gömrük Akademiyası, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunu əhatə etmişdir.

Müsabiqənin yekunu olaraq, professor-müəllim heyəti və doktorant, magistr və tələbələr üçün iki nominasiya üzrə hər bir nominasiyada ilk 3 yeri tutanlara pul mükafatları verilmişdir. Bundan əlavə, hər iki nominasiya üzrə 13, cəmisi 26 nəfər elmi məqalə müsabiqəsi iştirakçıları Sertifikatlara layiq görülmüşlər. Ümumilikdə 80 məqalənin toplu şəkildə elektron - kitab formatında nəşr edilməsi və UNEC-in rəsmi saytında yerləşdirilməsinə qərar verilmişdir.

“AzPolitika.info” 

Seçilən
30
1
azpolitika.info

2Mənbələr