AZ

Yamal bu matçda zədəli halda oynadığı üçün sıradan çıxıb

"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal topuğundakı zədəni sağaltmadan oynadığı üçün sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.

Xəbərə görə, gənc futbolçu İspaniya Premyer Liqasının 17-ci turunun oyununda - evdə "Leqanes"ə 0:1 hesabı ilə uduzduqları matçda sona qədər meydanda olmalı deyilmiş. Mənbə rəqibin hesabı erkən qolla açmasının və bu səbəbdən Yamalın fasilədə əvəzlənməməsinin vəziyyəti mürəkkəbləşdirdiyini və futbolçunun fiziki yüklənmə üzündən zədəsini yenilədiyini vurğulayıb.  Həmin matçdan sonra 3 oyunu kənardan izləmək məcburiyyətində qalan Laminin dekabrın 29-da "blauqrana"nın sıralarına dönəcəyi bildirilib.

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr