AZ

"Paşinyan hər dəfə Rusiyaya getməmək üçün "koronaya yoluxur" -Akopyan

Erməni jurnalist və redaktor Sevak Akopyan maraqlı açıqlamalar verib.

"Mamul" nəşrinin yaydığı məlumata görə, o, baş nazir Nikol Paşinyanı xalqı aldatmaqda ittiham edib: “Əgər o, bizim xalqı aldadırsa, MDB ölkələrini, xalqlarını niyə aldatmasın?”.

Son iki il ərzində Nikol Paşinyan MDB-nin sessiyalarında iştirakdan yayınsa da, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının sessiyalarından yayınmamışdı.

"Təəssüf ki, bu dəfə bu iki sessiya bir gün fərqlə eyni məkanda keçirilir: dekabrın 25-də MDB ölkələri liderlərinin qeyri-rəsmi sammiti, 26-da isə təşkilatın dövlət başçılarından ibarət görüşü olacaq. İkisi də  Sankt-Peterburqda olacaq. MDB liderlərinin görüşündən qaçmaq, amma ikinci təşkilatın görüşündə necə iştirak etmək olardı? Görünür, Paşinyan oturub düşünməyə başlayıb, səbəb tapmaq üçün belə vaxt itirməyib. Deyir iki gündür ki, koronavirusa yoluxmuşam. Maraqlıdır ki, Covid diaqnozu müsbət olan və özünü təcrid etdiyi iddia edilən Paşinyan həmin gün deputatların, nazirlərin və s. iştirak etdiyi iclas keçirib. Onları yoluxdurmaq üçün idi? Paşinyanın artıq üç dəfə koronavirusa yoluxması ilə də diqqət çəkib. Bunlardan ikisi Rusiyaya getməzdən əvvəl olub...",- o qeyd edib.

Tural 

Seçilən
3
news365.az

1Mənbələr