AZ

Təyyarə qəzasında sağ qalanların SAYI ARTDI – Paşinyandan QƏZA İLƏ BAĞLI İLGİNC PAYLAŞIM

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı artır.

Publika.az xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyinin rəhbəri Akmaral Alnazarova Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin sağ qalanları barədə məlumat verib.

Məlumata görə, Aktauda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 18 nəfər sağ qalıb.

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında yaralanan 25 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Operativ Qərargahı məlumat yayıb.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, Aktauda qəzaya uğrayan təyyarədə 28 nəfər sağ qalıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

O, bu barədə o, "X"də yazıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
11
musavat.com

1Mənbələr