İngiltərə Premyer Liqa klublarından "Aston Villa" heyətini türk futbolçu ilə gücləndirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi komanda "Kasımpaşa"da forma geyən Yasin Özcanı transfer edib.
"Aston Villa" bu transfer üçün Türkiyə təmsilçisinə 8 milyon avro ödəməli olacaq.
18 yaşlı futbolçu yanvar ayından etibarən Premyer Liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, gənc müdafiəçi bu mövsüm çıxdığı 16 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az