Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyanın “Toyota Motor” şirkəti noyabrda qlobal avtomobil satışlarını illik müqayisədə 1,7% artıraraq 920,569 min ədədə çatdırıb ki, bu da noyabr ayı üçün rekord göstəricidir.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Avtomobil istehsalı keçən ay 6,2% azalaraq 869,23 min ədəd təşkil edib. Şirkətdən birdilib ki, bu rəqəm artıq 10-cu aydır ki, azalır.