Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Əfqanıstandakı şübhəli terrorçuların sığınacaqlarına hava zərbələri endirib. AFN.az xəbər verir ki, bu barədə Hindistanın “Hindustan Times” qəzeti yazır.Əfqanıstanla sərhəddəki Paktika əyalətindəki hədəflərə, Pakistanda qadağan edilmiş “Təhrik-i-Taliban Pakistan”ın dağlıq sığınacaqları və onun yaraqlılarının təlimi üçün təlim mərkəzi olduğu ehtimal edilən ərazilərə bir neçə zərbə endirilib.Əfqanıstan Müdafiə Nazirliyi hücumları pisləyib və onları beynəlxalq hüququn pozulması adlandırıb. "Əfqanıstan İslam Əmirliyi bütün beynəlxalq prinsiplərə zidd olan bu vəhşi hərəkəti pisləyir. Əfqanıstan öz ərazisini müdafiə etmək hüququnu özündə saxlayır" - deyə açıqlamada bildirilir.Pakistanın aviazərbələri nəticəsində 15 qadın və uşaq da daxil olmaqla dinc sakin həlak olub. "Hindustan Times" mənbələri bildiriblər ki, qurbanların çoxu Pakistanın Vəziristan bölgəsindən olan qaçqınlardır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta