AZ

Zelenski: “Putin qəsdən Milad bayramını seçdi...”

Zelenski:

“Bu gecə ruslar Ukraynanı kütləvi şəkildə atəşə tutublar. İşğalçılar hücum zamanı onlarla raket və yüzdən çox hücum pilotsuz təyyarəsindən istifadə ediblər”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Bu gün Putin qəsdən Milad bayramını seçdi, 70-dən çox raket, o cümlədən yüzdən çox hücum təyyarəsi Ukraynada enerjini söndürmək üçün mübarizəni davam etdirir”,- Ukrayna lideri qeyd edib.

Prezident bildirib ki, ilkin məlumatlara görə, ukraynalı müdafiəçilər 50-dən çox raketi və pilotsuz təyyarələrin əhəmiyyətli hissəsini vurublar. Buna baxmayaraq, bəzi raketlər zərər verib.

Zelenski vurğulayıb ki, hazırda Ukraynanın bir sıra regionlarında elektrik enerjisi kəsilib. Onun sözlərinə görə, energetiklər istehlakçıların elektrik enerjisi ilə təminatının tez bir zamanda bərpasına çalışırlar.

“Ölkə üçün çalışan, döyüş növbətçiliyi ilə məşğul olan, səmamızı qoruyan hər kəsə təşəkkür edirik. Rusiya şəri Ukraynanı sındırmayacaq və Milad bayramını təhrif etməyəcək”, - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, bu gecə ruslar Ukraynaya raket və pilotsuz təyyarələrlə hücum edib. İri miqyaslı atəşə görə, Ukraynanın bir çox bölgələrində elektrik enerjisi ilə bağlı problemlər yaranıb. Xüsusilə, Kiyevdə, eləcə də Kiyev, Dnepropetrovsk, Odessa və Poltava vilayətlərində bağlanma qrafikləri tətbiq edilib.

ELÇİN
Seçilən
11
reyting.az

1Mənbələr