Aktau sakinləri təyyarə qəzasında yaralananlar üçün qan verməyə gedirlər
Aktau şəhərinin sakinləri AZAL aviaşirkətinə məxsus təyyarə qəzası nəticəsində xəsarət alanlara yardım etmək üçün şəhər qan mərkəzinə axışırlar. Bu barədə 1news.az Qazaxıstanın KİV-lərinə istinadən məlumat yayıb. "Aktaunun sakinləri təyyarə qəzasında zərərçəkənlərə dəstək olmaq məqsədilə könüllü şəkildə qan verməyə gedirlər", - yerli mətbuat xəbər verir. Polis əməkdaşları qəzada dünyasını dəyişənlərin cəsədlərinin şəhər morquna aparıldığını təsdiqləyib.