AZ

Millət vəkili Ramil Həsən ənənəvi “Həmrəylik” aksiyasına start verdi – FOTO

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsənin təşəbbüsü əsasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Ucar rayonunda şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə dəstək məqsədilə hər il ənənəvi olaraq keçirilən “Həmrəylik” aksiyasına başlanılıb.

“Həmrəylik” aksiyası dekabr ayının sonuna qədər davam edərək, 300-dən çox ailəni əhatə edəcəkdir.

Fürsətdən istifadə edərək, bu xoşməramlı təşəbbüsə qoşularaq dəstək verdiklərinə görə xoşniyyətli şəxslərə dərin təşəkkürlərimizi bildiririk.

Onu da qeyd edirik ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif formalarda aksiyalar keçirilir, şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə mütamadi olaraq baş çəkilir, dəstək verilir, qaldırdıqları narahatlıqların həlli üçün qanuna müvafiq olaraq çalışılır.

Seçilən
13
4
yenicag.az

5Mənbələr