Türk Dövlətləri Təşkilatı (TDT) Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, başsağlığı təşkilatın “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.
"Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından dərindən kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq. Dualarımız bu faciədən təsirlənən hər kəslədir", - paylaşımda qeyd olunub.
We are deeply saddened by the tragic plane crash near Aktau, Kazakhstan, involving an Azerbaijani airline on the Baku-Grozni flight.Our heartfelt condolences go out to the families of those who lost their lives, and we send strength to the survivors. Our thoughts and prayers are… pic.twitter.com/bKdhDDCCgN
— Organization of Turkic States (@Turkic_States) December 25, 2024