AZ

“Rusiya Ukrayna məsələsində öz milli maraqlarından çıxış edəcək” - Lavrov

“Rusiya Ukraynada nizamlanma üçün sülh təkliflərinə baxarkən öz milli maraqlarından çıxış edəcək”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, bildirib ki, Moskva danışıqlardan geri çəkilmir, lakin ona ciddi konkret təkliflər lazımdır. 

“Təbii ki, milli maraqlar, xüsusi hərbi əməliyyatın məqsədləri və prezidentin bu il iyunun 14-də Xarici İşlər Nazirliyində çıxışı əsasında bu təkliflərə reaksiya ilə bağlı qərarlar qəbul edəcəyik”, - deyə Lavrov vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
12
50
missiya.az

10Mənbələr