AZ

Suriya Tehranla əlaqəni kəsib, İrana qarşı məhkəmə iddiası qaldırılacaq - 300 milyard dollarlıq təzminat tələbi ilə

Suriyada Əsəd rejiminin devirən yeni hökumət vaxtilə rejimi dəstəkləyən İrana qarşı sərt mövqeyini davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Suriyanın yeni rəhbərliyi İrana qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmağa hazırlaşır.

Bu barədə Livanda yerləşən “Əl-Mudun” qəzetinə danışan suriyalı yeni administrasiya rəsmisi bildirib ki, siyasi administrasiya İranla əlaqə qurmaqda maraqlı deyil: "Dəməşq və Tehranda qarşılıqlı səfirliklərin açılması ilə bağlı diplomatik danışıqlar aparılması barədə xəbərlər doğru deyil. Əksinə, Suriya illərdir Əsəd rejiminə dəstək verərək, ölkədə böyük fəlakətlərə yol açılmasında müstəsna rol oynayan Tehran administrasiyasına qarşı təzminat iddiası qaldıracaq. Onların yanlış siyasəti, cinayətkar rejimə açıq dəstəyi və hətta bəzi hallarda əməliyyatlarda birbaşa iştiraklarının vurduğu zərər artıq hesablanır. İlkin məlumata görə, bu zərər 300 milyard dolları açır. Suriya bu zərəri İrandan tələb edəcək".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Seçilən
7
mia.az

1Mənbələr