ABŞ-ın yeni prezidenti Donald Trampı Qərbin digər liderlərindən fərqləndirən ən önəmli cəhətlərindən biri də onun cinsi azlıqlara, transseksuallara qarşı sərt mövqe nümayiş etdirməsidir.
Co Bayden, Emmanuel Makron, Cozep Borrel kimi xəstə təfəkkürlü siyasətçilərin açıq dəstəyi nəticəsində son illərdə ABŞ-da və Avropa İttifaqında tüğyan edən eynicinslilərin nikahı, üçüncu cinsin təbliği, uşaqlara cinsiyyətini seçmə hüququnun verilməsi kimi "trend"lər nəinki Qərbin, həmçinin bütün insanlığın gələcəyini ciddi şəkildə təhdid edir.
Lakin Donald Tramp isə bütün bunlara göz yummaq fikrində deyil. Gələn ay Prezidentlik fəaliyyətinə başlayacağı ilk günlərdən etibarən Trampın gündəmində Ukraynada müharibənin dayandırılması, Yaxın Şərqdəki böhrana çözüm tapılması, İrana qarşı təzyiqlərin artırılması, Çinin hədəfdə saxlanılması, qanunsuz miqrantlara qarşı mübarizənin gücləndirilməsi ilə yanaşı, ABŞ cəmiyyətində hökm sürən “transseksual ajiotaj"ın və ya "transgender çılğınlığı"nın qarşısının alınması da əsas prioritetlərdən biri olacaq.
Belə ki, Donald Tramp bu günlərdə gənc mühafizəkarların (konservatorlar, ənənəçilər) qarşısında etdiyi çıxışında yaxın 4 ildə ABŞ-ın rəsmi siyasətinin yalnız iki ənənəvi cinsi (kişi və qadın) qəbul edəcəyini bildirdi və eyni zamanda, uşaqların cinsi istismarına son qoymaq, transgenderləri ordudan xaric etmək və onları ibtidai, orta və liseylərdən xaric etmək üçün sərəncamlar imzalayacağını bəyan etdi.
"The Times" nəşri yazır ki, Trampın müvafiq sərəncamı imzalamasından sonra hazırda ABŞ ordusunda xidmət edən 15 min nəfərə yaxın transgender hərbçilərin hamısı tibbi baxımdan hərbi xidmətə yararsız şəxslər kimi dərhal ordudan uzaqlaşdırılacaq.
Həmçinin uşaqlar arasında transgenderliyi təşviq edən və transgender şagirdlərin oxuması üçün münbit şərait yaradan təhsil müəssisələrinə federal büdcədən maliyyə ayrılması da dayandırılacaq.
Tramp cərrahi müdaxilə və ya kimyəvi kastrasiya yoluyla uşaqların cinsinin dəyişdirilməsi, onların cinsi şikəst vəziyyətinə salınması hallarına qarşı mübarizəni daha da gücləndirəcək.
O, bütün bunları Baydenin Amerika xalqına qarşı yol verdiyi cinayətlər kimi qiymətləndirir, Demokratlar Partiyasını insanlığın mahiyyətinə və təbiətinə zidd halların Amerika cəmiyyətində geniş yayılmasına məqsədli şəkildə əlverişli şərait yaratmaqda suçlayır.
Yeri gəlmişkən, Trampın ən yaxın silahdaşlarından və komanda üzvlərindən biri olan məşhur iş adamı İlon Mask da onun bu qərarlarını fəal surətdə dəstəkləyir. Mask azyaşlı uşaqların cinsinin dəyişdirilməsində iştirak edən valideynlərin və həkimlərin hətta ömürlük həbs edilmələrini təklif edir.
Maskın transgenderlərə qarşı kəskin mövqe tutmasının əsas səbəblərindən biri də onun öz doğma qızının da transgender olmasıdır. 20 yaşlı Vivianın transgenderliyini heç cürə qəbul edə bilməyən İlon Mask Co Bayden, Kamala Harris, Hillari Klinton kimi demokratları amerikalı gənclərin transgender "moda"sına yoluxmasının, LGBTİ+ hüquqlarının təbliğ edilməsinin əsas günahkarları kimi ittiham edir. Maskın solçu-liberal demokratlardan uzaqlaşıb, sağçı-millətçi-mühafizəkar respublikaçılara yaxınlaşmasının başlıca səbəbi də məhz budur.
Bu arada onu da qeyd edim ki, Demokratların prezidentliyə keçmiş namizədi Kamala Harris seçkidə qalib gələcəyi təqdirdə "Bərabərlik haqqında Akt" (Equality Act) qəbul edəcəyini və beləliklə də LGBTİ+ şəxslər üçün bütün sahələrdə daha geniş hüquqların təmin ediləcəyini bildirmişdi. Lakin Trampın qələbəsi K.Harrisin və onun arxasında dayanan Demokratlar düşərgəsinin bu yaramaz, dağıdıcı planının həyata keçirilməsinin qarşısını aldı.
Ancaq Trampın nəzərdə tutduğu sərəncamları asanlıqla həyata keçirməsi mümkün olmayacaq. Çünki Demokratların (Baydenin, Obamanın) hakimiyyəti dönəmində Amerika cəmiyyəti total şəkildə LGBTİ+ ekspansiyasına məruz qalıb.
Başqa sözlə desək, Amerika cəmiyyəti artıq bu "virus"la kütləvi şəkildə yoluxub, xəstələnib. Əgər ABŞ ordusunda 15 mindən çox transgender hərbçi varsa, təhsil, idman və digər sahələrdə belələrinin sayı həddindən çoxdur. Ona görə də Tramp ciddi müqavimətlə üzləşməli olacaq.
Lakin bütün çətinliklərə rəğmən Trampın bu yoldan geri çəkilmək frikri yoxdur. Çünki "Öncə Amerika!" ("America First") şüarı ilə yola çıxan ABŞ-ın yeni lideri, həm də öz xalqını sağlam və güclü görmək istəyir.
P.S.
Trampın bu cür prinsipial, mübariz mövqeyi və "cihad"ı təkcə Amerika xalqının deyil, bütün bəşəriyyətin taleyinə öz təsirini göstərəcək. Xeyirlə Şərin mübarizəsi bütün insanlığın "olum, ya ölüm" məsələsidir.
Bəybala Mirzəyev
visiontv.az