AZ

Suriyada yolka yandırıldı, paytaxt Dəməşqdə etirazlar başladı

Paytaxt Dəməşq də daxil olmaqla Suriyanın böyük hissəsini nəzarətə götürən və Əsəd administrasiyasını devirdikdən sonra keçid hökuməti quran “Həyat Təhrir Əl-Şam” (HTŞ) qruplaşması xristianların müqəddəs günü olan Milad bayramını dövlət bayramı elan edib.

Publika.az xəbər verir ki, Həma şəhərində qurulan yolka naməlum şəxslər tərəfindən yandırılıb. Dəməşqdə yüzlərlə nümayişçi hadisəyə etiraz etmək üçün küçələrə çıxıb.

HTŞ-nin rəhbərlik etdiyi hökumət dekabrın 25-i və 26-sının bayram olacağını açıqlayıb. Suriyanın paytaxtı Dəməşqdə yaşayanlar bildiriblər ki, HTŞ bu il bayram və ibadətlə bağlı heç bir məhdudiyyət qoymayıb, lakin xristianlar HTŞ-dən başqa silahlı ünsürlərin onlara hücum edəcəyindən ehtiyat edirlər.

Qeyd edək ki, “Həyat Təhrir Əl-Şam” bayramları dayandırmaq barədə heç bir açıqlama verməyib.

Seçilən
4
publika.az

1Mənbələr