Çin alimləri hesab edirlər ki, həftədə dörd alma yemək ürək-damar xəstəliklərindən ölüm ehtimalını demək olar ki, 40% azalda bilər. Bananların da faydalı olduğu ortaya çıxıb.
Medianews.az “Daily”istinadən xəbər verir ki, tədqiqatın nəticələrini “Frontiers in Nutrition” elmi jurnalında dərc edilib.
Tədqiqatda yüksək xolesterolu olan 2184 orta yaşlı kişi və qadın iştirak edib. Alimlər meyvə istehlakına xüsusi diqqət yetirərək iştirakçıların pəhrizlərini izləyiblər.
Məlum olub ki, həftədə 3-4 alma yeyən insanlar, yeməyənlərə nisbətən 39% az ölür. Eyni şey banan üçün də keçərli idi. Bu meyvə erkən ölüm riskini demək olar ki, 30% azaldıb.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, hər gün bir alma yemək ürək-damar xəstəliklərindən ölüm riskini 40% azaldır.