AZ

Anasını görmək üçün Bakıya gəldi, qayıdanda təyyarə qəzasına düşdü

Qazaxıstanda qəzaya uğrayan təyyarənin göyərtəsində Ural Hava Yollarının stüardessası Ramin Ağayev də olub. Lakin 28 yaşlı Raminin adı ölən və yaralananlar siyahısında yer almayıb.

"Unikal"  xəbər verir ki, bu barədə onun qardaşı Emin Ağayev məlumat yayıb. 

Onun sözlərinə görə, qardaşı istirahət günlərində Bakıya anasına baş çəkmək üçün gedibmiş. Bugünki təyyarə ilə isə o, Qroznıya gedəcəkdi. 

Ramin iki ilə yaxındır ki, Ural Hava Yollarında stüard vəzifəsində çalışır. Bundan əvvəl o, Kirovda yaşayıb, orada jurnalistika üzrə fərqlənmə diplomu alıb, lakin ixtisası üzrə işləməyib.  

"Moskvaya getdi, təhsilini başa vurdu və stüardessa oldu. O, bu işi çox sevir, çoxdan uçmaq istəyirdi”, - stüardessanın qardaşı bildirib.

Ural Hava Yolları  Ağayevin ailəsinə bildirib ki, ilkin məlumata görə, Ramin sağ qalıb, lakin hələlik əlaqə saxlamayıb.

Gülayə Mecid 

Seçilən
21
50
unikal.az

10Mənbələr