AZ

XİN Kiyevin Rusiya ərazisinə hücumlarına getdikcə daha sərt cavab verəcək - LAVROV

Ajans.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının efirində deyib.

O, Ukrayna hərbçilərinin mülki hədəflərə, o cümlədən yaşayış binalarına, xəstəxanalara, klinikalara və insanların sıx toplaşdığı yerlərə qəsdən hücumlarını hədsiz adlandırıb. Rusiya XİN rəhbərinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bu cür hərəkətləri bütün antiterror konvensiyalarının və BMT Təhlükəsizlik Şurasının bu mövzuda qəbul etdiyi qətnamələrin birbaşa pozulmasıdır.

“Biz xəbərdarlıq edirik ki, belə bir xəttin bundan sonra da davam etdirilməsi hər dəfə getdikcə daha qətiyyətli reaksiya ilə qarşılanacaq”, - nazir bildirib.

Dekabrın 25-də səhər saatlarında Ukrayna ərazisi kütləvi raket hücumuna məruz qalıb. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib, Xarkov, Kremençuq və Dnepropetrovskda partlayış səsləri eşidilib.

Seçilən
7
Ajans.az

1Mənbələr