Ukrayna ilk dəfə olaraq Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərlə təmin olunmuş maliyyə yardımı alıb.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qrant ABŞ-nin 50 milyard dollarlıq G7 təşəbbüsünə 20 milyard dollarlıq töhfənin bir hissəsidir. Bu vəsait Vaşinqtonun 2022-2024-cü illərdə təxminən 30 milyard dollar qrant maliyyəsi təşkil edən Ukraynaya birbaşa büdcə dəstəyinin davamı kimi çıxış edir.
Maliyyə naziri Sergey Marçenko ABŞ-yə Ukraynanın makroiqtisadi sabitliyinin qorunmasında göstərdiyi köməyə və əhalini lazımi xidmətlərlə təmin etmək qabiliyyətinə görə minnətdarlığını bildirib.
Gülşən Şərif