Moskva tamamilə əmindir ki, nüvə müharibəsində qalib ola bilməz.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazirin sözlərinə görə, Rusiya heç vaxt nüvə silahından istifadə ilə bağlı müzakirələrə başlamayıb. Bundan əlavə, Rusiya tərəfi nüvə silahından istifadə mövzusunu inkişaf etdirmək niyyətində deyil.
“Lakin mən heç kimə tövsiyə etməzdim ki, bizim səbrimizi, qanuni milli maraqları bütün mümkün vasitələrlə müdafiə etmək əzmimizi sınansın”, - deyə diplomat vurğulayıb.