AZ

Rusiya dəniz piyadalarının komanda məntəqəsi vurulub

Rusiya

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Rusiyanın 810-cu Əlahiddə Qvardiya Dəniz Piyada Briqadasının komanda məntəqəsinə hücum edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Qeyd edilir ki, bu gecə Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Lqov kəndində tərk edilmiş mülki binada yerləşən Rusiya Silahlı Qüvvələrinin 810-cu briqadasının nəzarət məntəqəsinə hücum edib.

“Bu atəş hücumu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukrayna xalqına qarşı hərbi əməliyyatları koordinasiya etmək qabiliyyətini zəiflətmək üçün hərtərəfli kampaniyanın bir hissəsidir”, - Ukrayna ordusunun bəyanatında deyilir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CPD) rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, hücum zamanı ruslar itki verib.

ELÇİN
Seçilən
12
reyting.az

1Mənbələr