AZ

Uşaqlarda bağ ağrısının səbəbi nədir?

Baş ağrısı uşaqlarda çox sıx rast gəlinən nevroloji xəstəliklərdəndir.

Baş ağrısı daha çox 5-7 yaşlı uşaqlarda müşahidə olunur.

Uşaqlarda baş ağrısının yaranmasının səbəbi barədə fikir bildirən pediatr Mətanət Əliyeva Hit.az-a şərhində deyib ki, baş ağrısının səbəbinin tapılması üçün ən vacib olan anamnezdir:

 “Ilk növbədə ağrının xarakterini aydınlaşdırmaq lazımdı. Adətən uşaqlar ağrının xüsusiyyətini dəqiq ifadə edə bilmir. Bir qədər böyük uşaqlar “zoqquldayan”, “çatlayan” kimi sözlərlə ağrının şiddətini ifadə etməyə çalışırlar.  Ən vacib olan baş ağrısının tezliyi, ağrının davametmə müddəti və ağrı ilə birgə meydana gələn əlamətlərin dəqiqləşdirilməsidir. Bunların öyrənilməsi ağrının səbəbini tapmağa kömək edir. Ümumiyyətlə, 5-15 yaş arası uşaqların 10 faizində miqren ağrılarına rast gəlinir. Miqren periodik olaraq, təkrarlanan xroniki baş ağrılarıdır. Xarakterik əlaməti başın bir yarısında pulsasiyaedici ağrıların olmasıdır. Bu ağrılar, adətən, ürəkbulanma, qusma, işıqa qarşı həssaslıq, səsə dözümsüzlük ilə müşayiət olunur və 4-72 saat çəkə bilər. Bu səbəbdən miqreni olan uşaqlar adi uşaqlardan daha çox dərs buraxarlar. Miqren tutması olduqda xəstə fiziki hərəkət etdikdə ağrı şiddətlənir.
Miqren xəstəliyi genetik meyilli xəstəlikdir, hətta ailəvi hemiplegik miqren adlanan bir forması da mövcuddur. Miqrenli bir uşağın, adətən, bioloji valideynlərindən birində miqren tutmalarının olması aşkarlanır”.

Sevinc
 

Seçilən
14
hit.az

1Mənbələr