Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara yaxın vaxtlarda Suriyanın Hələb şəhərində ölkənin baş konsulluğunun açılmasını gözləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bundan əvvəl Türkiyənin Suriya Ərəb Respublikasındakı səfiri Burhan Köroğlu bildirmişdi ki, Türkiyə rəsmiləri ölkənin Hələbdəki baş konsulluğunun işinə yenidən başlamağı planlaşdırırlar.
“İnşallah tezliklə Hələbdəki baş konsulluğumuzu açacağıq”,- deyə Ərdoğan qeyd edib.