AZ

Sağ qalanlar danışdı: bu əşya partlayıb, sonra insanlar huşlarını itiriblər

Aktauda qəzaya uğrayan AZAL-a məxsus “Embraer 190” təyyarəsinin göyərtəsində olan oksigen çəni partlamış ola bilər. Bu partlayışdan sonra insanlar huşlarını itirməyə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə gazeta.ru sağ qalanların açıqlamalarına istinadən məlumat yayıb.

“Sağ qalan sərnişinləri bildiriblər ki, təyyarədə partlayış olub. Hadisə şahidlərinin sözlərinə görə, quş mühərrikə çırpılıb, daha sonra göyərtədə olan oksigen çəni partlayıb. Buna görə insanlar huşlarını itiriblər”, - məlumatda deyilir.

Xatırladaq ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Seçilən
13
2
publika.az

3Mənbələr