Parisdəki “Sotheby's” hərrac evində BMW 507 avtomobili satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, 1958-ci ilin istehsalı olan avtomobilin 2 milyon avroya satılacağı proqnozlaşdırılır.
Əslində bu rəqəm qeyri-adi deyil. Söhbət BMW-nin ən bahalı modelindən gedir. cəmi 257 ədəd istehsal edilmiş modelin bəzi nümunələri hərracda 3 milyon dollara satılıb.
Sözügedən model bir müddət Kubada istismar edilib. Sonra isə alınaraq Almaniyaya gətirilib və 6 il ərzində restavrasiya olunub.
Vüqar