AZ

Erməni deputat: Eks-prezidentlər arqumentlərini əsaslandıra bilməzlər

Erməni

“Ermənistanın eks-prezidentləri öz arqumentlərini xalq qarşısında əsaslandıra bilməyəcəkləri üçün debatdan imtina ediblər”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Konjoryan deyib.

Onun sözlərinə görə, keçmiş prezidentlərin gəlməsi gözlənilirdi və onlar, debatlar zamanı müxtəlif şəxslər vasitəsilə səsləndirdikləri arqumentləri özləri ortaya qoya bilərdilər.

“Baş nazir danışıqların tarixi və o zaman mövcud olan sənədlərlə tanış olanda səhvə yol verdiyini deyib. Özü də Ermənistanda yaşayaraq və ölkədə 30 ildir qurulmuş vətənpərvərlik modelinə sahib olduğu üçün bunu ictimailəşdirməyib”, - deyə parlament çoxluğunun rəhbəri qeyd edib.

Deputatın qiymətləndirməsində keçmiş hakimiyyət iki paralel reallıq yaradıb: “Onlar beynəlxalq ictimaiyyətə söz verdilər ki, əraziləri qaytaracaqlar, sonra Ermənistana gəlib Qarabağın müstəqilliyinin tərəfdarı olduqlarını bildirdilər. Lakin onlar bu müstəqilliyi heç vaxt tanımayıblar. Niyə bunu etmədilər? Çünki əvvəlki hakimiyyətlər üçün Qarabağ məsələsi hakimiyyəti ələ keçirmək və saxlamaq vasitəsi idi”, - Konjoryan əlavə edib. Onun fikrincə, nə qədər ki, Qarabağ problemi mövcud idi, əvvəlki hakimiyyətlər bundan bütün həll olunmamış problemlərə, o cümlədən korrupsiya və mühacirətə haqq qazandırmaq üçün istifadə edə bilərdilər.

ELÇİN
Seçilən
12
reyting.az

1Mənbələr