AZ

Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması”– Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

Image

Ukrayna prezidenti Zelenski Slovakiyaya Rusiya qazının tranzitinin dayandırılması nəticəsində yaranan itkiləri kompensasiya etmək və bu marşruta alternativ təklif etdiklərini açıqlayıb. Lakin Slovakiyanın baş naziri Robert Fiko bu təklifləri rədd edib. 

Zelenski bildirib ki, təklif Avropa Komissiyasının tələbi əsasında edilib və alternativ olaraq qeyri-rus qazının Slovakiyaya nəqlini nəzərdə tutur. Fiko isə Kiyevin NATO üzvlüyünü dəstəkləmək müqabilində Slovakiyaya dondurulmuş Rusiya aktivlərindən 500 milyon avro təklif etdiyini və bunu qəti şəkildə rədd etdiyini bildirib. 

Zelenski isə Fikonu “şəxsi maraqlarını güdməkdə” ittiham edib və iddia edib ki, Slovakiya liderinin Moskva ilə bağladığı gizli razılaşmalar ya dövlət maraqlarını biznesə çevirmək, ya da öz xeyrinə işləmək deməkdir. 

TAHİR





Seçilən
6
baki-xeber.com

1Mənbələr