Hurriyyet.az xəbər verir ki, Lüksemburqun Böyük Hersoqu Anri milad münasibətilə təbrik çıxışı zamanı taxtdan əl çəkdiyini bəyan edib. Böyük Hersoq Anrinin çıxışı "Lux TV"-də efirə gedib. Onun sözlərinə görə, 2025-ci il oktyabrın 3-dən etibarən onun yerinə şahzadə Giyom ilə şahzadə Stefaniya keçəcəklər. Hersoq yaşı ilə əlaqədar belə bir qərar qəbul etdiyini bildirib. 2025-ci il aprelin 16-da Hersoq Anrinin 70 yaşı tamam olacaq. Onun həyat yoldaşı kubalı Mariya Tereza Mestre Böyük Hersoginya adını daşıyır. Onun oğlu Giyomun 43 yaşı var və o belçikalı Stefaniya De Lannua ilə evlidir.
Avropanın ən kiçik dövlətlərindən olan Lüksemburq Almaniya, Fransa və Belçika sərhədlərində yerləşir. Əhalisi 668,6 min nəfərdir. Adambaşına düşən ÜDM-yə görə Avropanın ən zəngin dövləti hesab olunur. Lüksemburq iqtisadiyyatının əsas sahəsi maliyyə xidmətidir.
Hürr Tərcüman