Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Qəza baş verdiyi anda yaralılara ilk köməyi əraziyə yaxın olan Mangistau Regional Elektrik Enerjisi Şirkətinin işçiləri edib.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, işçilər dərhal köməyə qaçaraq yaralıları təyyarənin qalıqları arasından çıxarıblar.