AZ

Bankların kredit portfeli 1%-dən bir qədər çox artıb

Bnakların kredit portfelinin artımı cari ilin noyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1.1% və ya 287.6 milyon manat artaraq 27 milyard 368.1 milyon manat olmuşdur.

Marja.az xəbər verir ki, bu, 2024-cü ilin noyabr ayı üzrə Mərkəzi Bankın saytında yerləşdirilmiş Statistik Bülletendə bildirilir.

Kredit portfelinin strukturu aşağıdakı şəkildədir:

ı) biznes kreditləri – 53.9% (14 milyard 746.7 milyon manat);

ıı) istehlak kreditləri – 30.8% (8 milyard 422.9 milyon manat) 

ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 198.6 milyon manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir. 

Seçilən
18
1
marja.az

2Mənbələr