AZ

Sadəcə "yorğunluq" deyib KEÇMƏYİN - Həkim DANIŞDI

Xroniki yorğunluq uzun müddət davam edən və bədənin təbii istirahətini bərpa etməyinə baxmayaraq, insanın enerjisinin azalması və hərəkət etməkdə çətinlik çəkməsi halıdır. Burada təkcə fiziki yorğunluq yox, həm də zehni və emosional yorğunluq baş verir. İnsanlar bu vəziyyətdə özlərini "bitkin" və "hər şeydən yorulmuş" kimi hiss edirlər. Xroniki yorğun olan kəs işə fokuslanmaqda, gündəlik işlərini yerinə yetirməkdə əziyyət çəkir.

Bu barədə həkim-terapevt Günay Lətifova Redaktor.az-a açıqlamasında bildirdi ki, xroniki yorğunluq, əslində, bir simptomdur və bunun mütləq şəkildə bir kökü var:

"Xroniki yorğunluğun yaranması üçün müxtəlif amillər var. Bunlarda biri də hormonal ola bilər. Belə ki, hormonların disbalansı birbaşa olaraq insanlara kəskin yorğunluq verir. Bu artıq uzunmüddətli davam etdikdə xroniki yorğunluğa çevrilir. Həmçinin qalxanvari vəzin hormonlarının disbalansı, insulin dərəcəsi yüksək olması birbaşa olaraq xroniki yorğunluq verir. Yüksək və ya aşağı təzyiqli insanlarda bu problem dahaçox yaşanır".

Həkim qeyd etdi ki, xroniki yorğunluq kökündə dayanan ana səbəbi tapmaq üçün mütləq şəkildə həkimə müraciət edilməlidir:

"Gün ərzində yaşanılan iş yorğunluğu sadəcə bir göstəricidir. Lakin əgər bu hal xroniki yorğunluğa çevrilibsə, mütləq şəkildə bunun ana səbəbi var. Ona görə də xəstə ilk növbədə terapevt yoxlanışından keçməli, daha sonra endokrinoloqa və s. müraciət etməkləri məsləhət görülür. Problem həll olunduqdan sonra xroniki yorğunluq da avtomatik olaraq aradan qalxacaq".

Sevinc İBRAHİMZADƏ

Seçilən
3
redaktor.az

1Mənbələr