AZ

Bank kartlarının sayı noyabrda 300 min ədəddən çox artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 301 min ədəd artaraq 19 milyon 463 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.5% artmışdır.

Marja.az xəbər verir ki, bu, 2024-cü ilin noyabr ayı üzrə Mərkəzi Bankın saytında yerləşdirilmiş Statistik Bülletendə bildirilir.

Qeyd edilib ki, ödəniş kartlarında artım debet kartları üzrə 19.7%, kredit kartları üzrə 3.2% təşkil etmişdir.

 

Seçilən
11
marja.az

1Mənbələr