AZ

Balıkəsirdə baş verən partlayışa görə 10 nəfər saxlanılıb

Ədliyyə naziri Yılmaz Tunç Balıkəsirdə 11 nəfərin həyatını itirdiyi fabrikdə baş verən partlayışla bağlı 10 nəfərin nəzarətə alındığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Türkiyəli nazir Tunç açıqlamasında "İstintaq bütün istiqamətləri ilə davam edir"-deyə, bildirib.

AA-nın xəbərinə görə, nazir Tunç, Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş və Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır Balıkəsirdə məktəb avtobusu ilə yük maşınının toqquşması nəticəsində yaralanan tələbələrə baş çəkib.

Səfərdən sonra mətbuata açıqlama verən Tunç, Karesi rayonundakı sursat fabrikində baş verən partlayışda yaralananların müalicəsinin davam etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
27
turkustan.az

1Mənbələr