AZ

Əfqanıstanda qeyri-adi qaçaqmal yük SAXLANILDI – FOTO

Əfqanıstanda qeyri-adi qaçaqmal yük saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Əfqanstan mediası məlumat yayıb. Bildirilir ki, Əfqanıstanda qeyri-adi qaçaqmal yük saxlanılıb. Oradan Pakistana bütöv bir ton insan saçı ixrac etməyə çalışıblar.

Bu cür qaçaqmalçılıq Əfqanıstanda nadir bir ticarətdir; bu, qəti qadağandır və qanunla ciddi şəkildə cəzalandırılır.

Media yazır ki, Pakistan indi dünya bazarına insan saçının tədarükü üzrə liderdir.

Bu ölkədən ixrac şirkətləri vasitəsilə tranzitlə, məsələn, ABŞ, Yaponiya və Cənubi Koreyaya gedirlər, orada parik və saç düzümü hazırlanır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr