Bakı. Trend:
Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalaranisbətən nominal effektiv məzənnəsi 107,5 bənd təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.
Bu, aylıq müqayisədə 2,1 bənd, ilin əvvəlinə nisbətən 5,5 bənd ,ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,7 bənd çoxdur.
Dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 122,6 bəndtəşkil edib. Bu, aylıq müqayisədə 2,8 bənd, ilin əvvəlinə nisbətən1,2 bənd, illik müqayisədə isə 0,2 bənd çoxdur.