AZ

TƏCİLİ! AZAL Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı reyslərini dayandırdı

İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır. 

Bu barədə Demokrat.az-a AZAL-dan məlumat verilib. 

Məlumata görə, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.

Xatırladaq ki, bu gün AZAL-a məxsus olan “Embraer-190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlər və ekipaj üzvləri həyatını itirib. Sərnişinlərdən xəsarət alanlar hazırda xəstəxanada müalicə olunurlar. 


Leyla Turan
Demokrat.az
Seçilən
18
40
demokrat.az

10Mənbələr