ABŞ-nin Havayi ştatında yerləşən Kilauea vulkanında partlayış baş verib.
Redaktor.az xəbər verir ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) açıqlamasına görə, Kilauea yerli vaxtla saat 02:00 radələrində fəaliyyətə başlayıb.
Açıqlamada, vulkanın fəaliyyətinin gün boyu davam etdiyi, lakin partlayışların bölgə sakinləri üçün təhlükə yaratmadığı bildirilib.
Lavların təxminən 650 dönümlük ərazini əhatə etdiyi və partlayışlar nəticəsində vulkanik qaz emissiyasının yüksək olduğu qeyd olunub.
USGS, vulkanın yenidən fəaliyyətə keçməsi ehtimalına qarşı onun yaxından izlənildiyini də vurğulayıb.
Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri hesab olunan Kilauea 1983-cü ildən bəri mütəmadi olaraq partlayışlar törədir.
Seymur BƏNNAYEV