AZ

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

APA xəbər verir ki, başsağlığında deyilir:

"Xarici İşlər Nazirliyi Qazaxıstanın qərbində yerləşən Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə, Azərbaycan Respublikası hökumətinə və xalqına Səudiyyə Ərəbistanı Krallığının səmimi başsağlığını bildirir, yaralıların tezliklə sağalmasını diləyir".

Seçilən
32
25
apa.az

10Mənbələr