AZ

Bakıda tələbəni döyüb telefonunu alan şəxsə bu cəza verildi

Bakıda tələbəyə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Tərlan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Əliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin mart ayında baş verib. Belə ki, T.Əliyev Bakı şəhəri Nəsimi rayonu 20 yanvar dairəsinin yaxınlığında yerləşən kafedə Fuad Kərimov adlı şəxslə tanış olub. Onlar birlikdə spirtli içki qəbul ediblər. Restorandan ayrılarkən T.Əliyev F.Kərimova yumruqla zərbə endirərək onun gödəkçəsinin cibindən 2100 manat dəyərində "İPhone 15 Pro Max" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində bildirib ki, paytaxtda yerləşən ali məktəblərdən birində təhsil alır. O, mobil telefonu elə hadisə baş verən gün universitetə qəbul olunmağı münasibəti ilə kredit ilə alıbmış.

Şəbnəm Mehdizadə

Seçilən
19
e-huquq.az

1Mənbələr