AZ

Rusiya bu ərazini də ələ keçirdi

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Novıy Trud qəsəbəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar yer alıb.

Açıqlamada, Rusiya ordusunun səhər saatlarında Ukraynanın kritik əhəmiyyət kəsb edən enerji infrastrukturu elementlərinə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə intensiv hücuma keçdiyi, hücumla hədəfə çatıldığı və təyin olunmuş bütün hədəflərə çatdırıldığı bildirilib.

"Mərkəzi Hərbi Qrupun qoşunlarının qətiyyətli hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Novıy Trud qəsəbəsi azad edilib"-deyə, məlumatda deyilir.

Açıqlamada son 24 saat ərzində Ukraynanın 140 bölgəsində hərbi hava limanı infrastrukturuna hücumların təşkil edildiyi, Ukrayna Təhlükəsizlik Xidmətinin və xarici muzdluların yerləşdiyi məntəqənin məhv edildiyi də qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
turkustan.az

1Mənbələr