AZ

İran XİN Azərbaycana başsağlığı verdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğramasından sonra Azərbaycan dövlətinə və xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata görə, İsmayıl Bəqai Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması ilə bağlı acı hadisəyə toxunaraq Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan hökumətinə və xalqına, xüsusilə də həlak olanların ailələrinə və yaxınlarına İranın başsağlığını çatdırıb və yaralananlara şəfa arzulayıb


Müəllif: Teleqraf.com
Seçilən
16
3
teleqraf.com

10Mənbələr