Azərbaycan Basketbol Liqasının 2 oyunu matəm günü ilə əlaqədar təxirə düşüb.
Fanat.Az xəbər verir ki, IX turun sabah keçirilməli olan "Şəki" - "Gəncə" və "Sumqayıt" - "Quba" oyunları matəm günü ilə bağlı təxirə salınıb.
bu barədə Basketbol Federasiyasının məbuat xidməti məlumat yayıb.
2025-ci ildə keçirilməsi planlaşdırılan qarşılaşmaların dəqiq tarixləri sonra açıqlanacaq.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.
Son məlumata görə, 32 nəfər sağdır.