Aİ qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı şayiələr təxribatdır.
Oxu24.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Bu təxribatların məqsədləri fərqli ola bilər, lakin təbii ki, formaca və mahiyyət etibarilə bu, təxribatdır. Düşünürəm ki, bu dəfə Ukrayna böhranı ətrafında onsuz da gərgin olan vəziyyəti gərginləşdirmək istəyi olub”, - diplomat bildirib.
Zaxarova əlavə edib ki, bu cür yalanlar münaqişənin siyasi və diplomatik yolla həlli ilə bağlı getdikcə daha çox səslənən, o cümlədən NATO ölkələrində təkliflərə əks nöqtə ola bilər.
Dekabrın 20-də “The Washington Post” qəzeti yazıb ki, atəşkəs sazişi bağlanarsa, Avropa ölkələri Ukraynaya sülhməramlı qoşunlar göndərməyi nəzərdən keçirir. Müəlliflər vurğulayıblar ki, Kiyevin müttəfiqləri Rusiya ilə müqavilə bağlanacağı təqdirdə belə bir ideyanı ciddi şəkildə nəzərdən keçirirlər.
Bundan əvvəl Dövlət Duması Avropa qoşunlarının Ukraynaya gətirildiyi zaman münaqişənin genişlənməsinə icazə vermişdi.
Nigar