AZ

​“WhatsApp”da ChatGPT ilə bu üsulla söhbət etrmək olar

“WhatsApp” tətbiq vasitəsilə ChatGPT ilə söhbət etməyə imkan verəcək telefon nömrəsini paylaşıb. Metbuat.az xəbər verir ki, istifadəçi ChatGPT-nin nömrəsini telefona əlavə edərək, onunla danışa bilər. 1. Nömrəni kontaktlarınıza əlavə edin: “WhatsApp”da yaşıl "plus" işarəsinə klikləyin və yeni kontakt əlavə edin. Ölkə kodunu ABŞ +1 olaraq seçin və ChatGPT nömrəsini (+1 800-242-8478) yadda saxlayın. 2. ChatGPT ilə söhbətə başlayın: Saxladığınız nömrəni tapın və mesajlaşmağa başlayın. Söhbət etdiyiniz zaman o, ChatGPT platformasında olduğu kimi sizə cavab verəcək.

Qeyd edək ki, zəng funksiyası hazırda yalnız ABŞ-də mövcuddur. Bunun müddəti ilə bağlı da məhdudiyyət var. Lakin ChatGPT ilə yazışaraq söhbət edərkən isə vaxt məhdudiyyəti yoxdur.

Seçilən
17
metbuat.az

1Mənbələr