AZ

“Bank hesab müqaviləsi bağlamadan kart verir”

“Əmək məcəlləsinə görə, işçi maaşın alınma formasını özü müəyyən edir. O, öz əməkhaqqını hansı bankdan almaq istəyirsə, işə götürən də pulu həmin banka köçürməlidir. Təəssüf ki, işə götürənlər şərtləri işçilərə diktə edirlər”. 

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, maaş hansı bankdan verilirsə, o bankla vətəndaşın müqaviləsi olmalıdır. Müqavilə bağlamaq isə könüllüdür. Məcburi ola bilməz. Azərbaycan müəssisələrində hər iki tərəf - işə götürənlər və bank qanun pozuntusuna yol verir. Müəssisə ona görə pozuntuya yol verir ki, o öz işçisini məcbur edir, işçinin qanuni tələbini icra etmir. Həm də bank pozuntuya yol verir. Bank hesab müqaviləsi bağlamadan kart verir. Bunun səbəbi də işə götürən müəssisələrin həmin banklarla sövdələşməsidir. Deyir ki, mən sənə işçilərin maaşını köçürəcəyəm, sən də mənə aşağı faizlə kredit ver. Ona görə də qarşılıqlı maraqlar yaranır. Həm də sövdələşdikləri banklara şərait yaradırlar ki, işçiləri onlardan kredit alsın”.

Sevinc
 

Seçilən
19
hit.az

1Mənbələr