AZ

Əli Əsədov təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyasının iclasını keçirib (FOTO)

Bakı. Trend:

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılmasıüçün yaradılmış dövlət komissiyasının iclası keçirilib.

Nazirlər Kabinetindən Trend-əverilən məlumata görə, Komissiyanın sədri Əli Əsədov Prezidentİlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətəgötürdüyünü bildirdi.

Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri,o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlarazəruri yardım göstərilməsi ilə bağlı işləri nəzərdən keçirdi. Həminşəxslərə Qazaxıstan tərəfi ilə birlikdə tibbi yardım göstərilməsiüçün səhiyyə naziri Teymur Musayevə müvafiq tapşırıqlarverildi.

Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrəişlərin aparıldığı qeyd olundu. Xəsarət almış şəxslərin ailələri vəyaxınları ilə zəruri işlərin aparılması istiqamətindətəxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıqverildi.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış “Qaynar​ xətt”​vasitəsilə qəzaya uğramış təyyarənin sərnişinlərinin ailə üzvlərivə yaxınları müvafiq qaydada məlumatlandırılaraq, onlara psixolojivə digər zəruri dəstək göstərildiyi qeyd edildi.

Azərbaycan Respublikası Baş Prokurorluğunun qazaxıstanlıhəmkarlarla birlikdə hadisənin baş vermə səbəblərini araşdırdığı vəcinayət işi üzrə istintaq apardığı bildirildi. İstintaqın gedişihaqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması iləbağlı tapşırıq verildi.

Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərindəmüalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqcavə həkimlərin razılığı əsasında ölkəmizə evakuasiyasının təşkiliilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirildi.

Xəsarət almış şəxslərə zəruri yardım göstərilməsi və bundanirəli gələn digər məsələlərin həlli ilə bağlı qazaxıstanlıhəmkarlarla hökumət üzvləri səviyyəsində daimi sıx təmasların vəbirgə səylərin həyata keçirildiyi vurğulandı. Komissiya üzvlərinəsəlahiyyətləri üzrə müvafiq işlərin aparılması ilə bağlıtapşırıqlar verildi.

Əli
Əli
Məqalədə:
Seçilən
12
46
az.trend.az

10Mənbələr