AZ

Azərbaycan çempionatlarında oyunlar təyyarə qəzasına görə təxirə salınıb

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasında (ABL) IX turun sabah keçirilməliolan "Şəki" - "Gəncə" və "Sumqayıt" - "Quba" oyunları matəm günüilə bağlı təxirə salınıb.

Trend xəbər verir ki, bubarədə ABL-in məbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 2025-ci ildə keçirilməsi planlaşdırılanqarşılaşmaların dəqiq tarixləri sonra açıqlanacaq.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdmanSağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasındaölkə birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatınındekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirəsalınıb.

"Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tiplisərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insantələfatı ilə əlaqədar taekvandods sabaha nəzərdə görüşlər dekabrın27-də keçiriləcək", - Azərbaycan Taekvondo Federasiyasınınməlumatında vurğulanıb.

Futzal Federasiyası isə məlumat yayıb ki, sabah futzal üzrəAzərbaycan Yüksək Liqasının VIII turunun və Azərbaycan kubokununilkin mərhələsinin oyunlarından əvvəl isə 1 dəqiqəlik sükut elanolunacaq.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Seçilən
25
3
az.trend.az

10Mənbələr