AZ

Aktauda qəzaya uğrayan təyyarənin son tam texniki yoxlanışı bu ilin oktyabrında aparılıb

Bakı. Trend:

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyatnömrəli “Embraer 190” təyyarəsi 2013-cü ildə istehsal edilib.

Bu barədə Trend-ə AZAL-danməlumat verilib.

Bildirilir ki, istehsalçının seriya nömrəsi: 19000630. Havagəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22saat təşkil edir.

"Hava gəmisinin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.

Təyyarəni idarə edən və böyük təcrübəyə malik olan havagəmisinin kapitanı İqor Kşnyakin 15 min saatdan çox uçuş həyatakeçirib ki, onlardan təxminən 11 200 saatını kapitan qismindəolub", - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Seçilən
18
16
az.trend.az

10Mənbələr