"De Beers" qrup şirkəti təxminən iki milyard dollar dəyərində almaz ehtiyatlarını sata bilmir.
Valyuta.az bu barədə "Financial Times"a (FT) istinadən xəbər verir.
"Bu, emal edilməmiş almazların satışı üçün uğursuz il oldu", deyə "De Beers Group"un baş direktoru El Kuk bildirib.
Nəşrin məlumatına əsasən, "De Beers" öz mədənlərində almaz hasilatını təxminən 20% azaldıb və qiymətləri endirib.
Cənubi Afrika-Britaniya almaz mədənçisi və satıcısı "De Beers" 2008-ci il maliyyə böhranından bəri qiymətli mineralın ən böyük ehtiyatlarını toplayıb. Qəzet qeyd edir ki, uzun müddət dəbdəbənin zirvəsi hesab edilən ləl-cəvahirata tələbat bir sıra amillərə görə aşağı düşüb. Birincisi, bazara süni şəkildə yetişdirilən qiymətli daşların rəqabəti, ikincisi, evliliklərin sayının azalmasına səbəb olan pandemiyanın nəticələri, üçüncüsü, Çində tələbatın azalması təsir göstərir.
Paşa Məmmədli